Bakı. Trend:
Azərbaycan Premyer Liqasının yeni iştirakçısı "Karvan" klubu növbəti mövsüm öncəsi ilk transferini açıqlayıb.
Trend xəbər verir ki, Yevlax təmsilçisi Nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə bağlayıb.
25 yaşlı futbolçu son olaraq Nigeriyanın "Sportinq Laqos" klubunda çıxış edib. Onun karyerası ərzindəki statistik göstəriciləri belədir: Qavi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Tompson həmçinin Nigeriyanın U-17 və U-20 yığmalarında da forma geyinib.
Yeni mövsüm üçün heyətini gücləndirməyə başlayan "Karvan", bu transferlə yarımmüdafiə xəttində təcrübəli və dinamik oyunçuya sahib olub.