...

“Formula 1” tikinti işlərinə yalnız yerli podratçı şirkətlər cəlb edilib - BŞH rəsmisi

İdman Materials 18 İyul 2025 11:30 (UTC +04:00)
“Formula 1” tikinti işlərinə yalnız yerli podratçı şirkətlər cəlb edilib - BŞH rəsmisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Formula 1” Azərbaycan Qran-prisi 2025-in tikinti və demontaj mərhələlərinə podratçı şirkətlər tərəfindən 2 162 nəfər cəlb olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.

O qeyd edib ki, yarış həftəsində bu prosesə əlavə olaraq 1 500 təşkilatçı əməkdaşı, 2 000 könüllü və 1 400 marşal da qoşulacaq:

"Tikinti işləri gecə-gündüz növbəli rejimdə aparılır.

Nəqliyyatın hərəkətini məhdudlaşdıran əməliyyatlar yalnız gecə saatlarında həyata keçirilir ki, bu da şəhər sakinlərinə narahatlığı minimuma endirir.

Hazırda bütün prosesə yalnız yerli - Azərbaycan podratçı şirkətləri cəlb olunub".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti