Bakı. Trend:
Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend xəbər verir ki, sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.
Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə TəhsilPlus kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır.
Qeyd edək ki, bu memorandum TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biridir.