Bakı. Trend:
“Yüksəliş” müsabiqəsi 5 il ərzində orta və yuxarı rəhbərlər arasında böyük dinamizm yaratdı.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
“Bu dövr ərzində mənim mentorluq etdiyim iştirakçılarından çox yüksək təəssürat və fikirlə ayrılmışam”, - deyə o vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanda gənc, potensiallı kadrlar yetişir:
“Dövlət tərəfindən atılan addımlara görülən işlərə həyata keçirilən proqramlara nəzər salsaq, görərik dövlətin məqsədi insan kapitalının inkişafına töhfə verməkdir”.
S.Babayev əlavə edib ki, Maliyyə Nazirliyinin 66 əməkdaşı müsabiqədə iştirak edib, onlardan 1-i finala yüksəlib.