...

Hazırda İstanbul birjasına qoşulmaq üzərində işlər görülmür - BFB sədri

İqtisadiyyat Materials 18 İyul 2025 17:53 (UTC +04:00)
Hazırda İstanbul birjasına qoşulmaq üzərində işlər görülmür - BFB sədri
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakı Fond Birjası İstanbul birjası ilə hansısa əməkdaşlıq üzərində işləmir, amma gələcəkdə bunun üzərində işləmək olar.

Trend xəbər verir ki, bu sözləri Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərlə görüşdə onların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İstanbul birjasına qoşulmaqla bağlı gələcəkdə "cross listing" və "dual listing" məsələlərinə baxıla bilər:

"Biz hazırda daxili bazarı inkişaf etdirmək üzərində işləyirik. Birinci növbədə, daxili bazar inkişaf etməlidir ki, bu birjaya qoşulmağı nəzərdən keçirə bilək.

Hazırda Bakı Fond Birjası Abu-Dabi Fond Birjasına məxsus "Tabadul hub"a qoşulmaq üzərində işləyir. Bu haba qoşulandan sonra digər birjalarla əməliyyatlar həyata keçirmək olar. Amma İstanbul birjası "Tabadul hub"a qoşulmaq üzərində işləmir, çünki bu birja kifayət qədər böyükdür".

Qeyd edək ki, "cross listing" (çarpaz siyahıyaalma) bir şirkətin əsas bazardan başqa, başqa bir ölkənin fond birjasında da səhmlərinin ticarətə açılmasıdır. "Dual listing" (ikiqat listinq) isə iki ayrı ölkənin birjalarında eyni vaxtda qeydiyyatda olan iki müstəqil şirkətin birləşərək vahid biznes kimi fəaliyyət göstərməsi, lakin hər iki birjada ayrıca qeydiyyatda qalmasıdır.

Xəbər lenti

Xəbər lenti