Bakı. Trend:
Azərbaycan milli komandasının üzvü Mert Çelikin yeni klubu müəyyənləşib.
Trend xəbər verir ki, "Səbail"dən ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
25 yaşlı mərkəz müdafiəçisi "Sivasspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mert Çeliklə imzalanan müqavilənin detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Superliqanı tərk edən "Sivasspor" yeni mövsümdə Türkiyə 1-ci liqasında çıxış edəcək.