...

Gimnastlarımız Dünya kuboku seriyasının qalibi oldu

İdman Materials 18 İyul 2025 20:41 (UTC +04:00)
Gimnastlarımız Dünya kuboku seriyasının qalibi oldu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə gimnastlarımız Murad Rəfiyev vəDaniel Abbasov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-ci il Dünya kuboku seriyasının qalibi elan ediliblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişi cütlüyümüz bu mövsüm ərzində Purs (Belçika), Burqas (Bolqarıstan), Bakı (Azərbaycan) və Jeşuv (Polşa) şəhərlərində keçirilən Dünya kuboku mərhələlərində iştirak edərək, stabil və yüksək nəticələr göstəriblər.

Ümumilikdə toplanan xallarnəticəsində seriya üzrə ən yüksək nəticəyə sahib olublar.

Xəbər lenti

Xəbər lenti