...

Braziliyada polis keçmiş prezidentin evində əməliyyat keçirib

Dünya xəbərləri Materials 18 İyul 2025 17:47 (UTC +04:00)
Braziliyada polis keçmiş prezidentin evində əməliyyat keçirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyada federal polis qüvvələri keçmiş prezident Jair Bolsonaronun evində və ofində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cümə günü verilən rəsmi açıqlamada polis Braziliya Ali Məhkəməsinin qərarı əsasında axtarış orderləri verdiyini bildirib.

Hazırda Bolsonaro 2023-cü ilin yanvarında keçirilmiş prezident seçkilərində məğlubiyyətdən sonra Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq planında iştirak ittihamı ilə Braziliya Ali Məhkəməsində mühakimə olunur.

Yerli KİV-in məlumatına görə, Bolsonaronun üzərinə elektron qolbaq taxmaq, sosial şəbəkələrdən istifadə etməyi dayandırmaq və Vaşinqtonda atasının adından lobbiçilik fəaliyyəti aparan deputat oğlu Eduardu ilə əlaqəni kəsmək öhdəliyi qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti