...

Avropa İttifaqı Çin banklarını “qara siyahıya” salıb

Dünya xəbərləri Materials 18 İyul 2025 16:51 (UTC +04:00)
Avropa İttifaqı Çin banklarını “qara siyahıya” salıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci məhdudlaşdırıcı ölçülər paketi çərçivəsində Çinin iki regional bankı “qara siyahıya” salınıb.

Trend xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) öz mənbələrinə istinadən məlumat yayıb.

Söhbət “Suifenhe Rural Commercial Bank” (SRCB) və “Heihe Rural Commercial Bank” (HRCB) banklarından gedir. Maliyyə təşkilatlarının baş ofisləri Rusiya ilə sərhəddə yerləşən Heylunsyan əyalətində fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün (18 iyul) Avropa İttifaqı Şurası Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti