Bakı. Trend:
Böyük Britaniya Rusiyanın “Afrikanskaya inisativa” (Afrika təşəbbüsü – red.) informasiya agentliyinə qarşı sanskiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın XİN-in dərc etdiyi yenilənmiş “qara siyahısında” qeyd olunur.
Təkcə təşkilatın özünə deyil, həm də “Afrika Təşəbbüsü”nün baş redaktoru Artyom Kureyevə, onun müavini Anna Zamaraevaya və təşkilatın Burkina-Fasodakı nümayəndəliyinin rəhbəri Viktor Lukovenkoya qarşı da sanksiyalar tətbiq edilib.
Ümumilikdə isə Londondan Rusiyaya qarşı tətbiq olunan sanksiyalar siyahısı 23 yeni adla genişləndirilib.