...

Küveyt Azərbaycanla neft-qaz sahəsində audit təcrübələrini bölüşmək istəyir

İqtisadiyyat Materials 18 İyul 2025 13:16 (UTC +04:00)
Küveyt Azərbaycanla neft-qaz sahəsində audit təcrübələrini bölüşmək istəyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Neft-qaz, eləcə də iqlim dəyişikliyi üzrə auditlərin aparılması ilə bağlı Azərbaycanla təcrübə və fikir mübadiləsi apara bilərik.

Bunu Trend-ə açıqlamasında Küveytin Ali Audit Qurumunun nümayəndəsi Osama Alfaris Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə toplantısı çərçivəsində deyib.

O, əvvəlcə Bakı haqqında təəssüratlarını bölüşüb: “Bu, mənim Bakıya ilk səfərimdir. Bakı çox gözəl və mənzərəli bir şəhərdir. Ümid edirəm ki, bu, sonuncu səfər olmayacaq. Bu gün audit sahəsində görüşlərimizin ikinci günüdür və bu, olduqca əhəmiyyət kəsb edir, çünki biz burada məlumat və təcrübə mübadiləsi aparırıq”.

Bu gün 13 təqdimatın dinləniləcəyini qeyd edən Osama Alfaris bildirib ki, onların yarısı iqlim dəyişikliyi, digər yarısı isə süni intellekt mövzusunda olacaq:

“Müxtəlif yerlərdən, fərqli regionlardan yeni insanlarla tanış olmaq və təcrübə mübadiləsi aparmaq vacibdir. Audit sahəsindəki tərəfdaşlarla razılaşmalar, gələcək planlar və bəzi problemlər üzrə danışıqlar aparırıq.”

O. Alfaris Azərbaycanla audit sahəsində mümkün əməkdaşlıq perspektivlərini də dəyərləndirib: “Azərbaycan mənim vətənimə bənzəyir, çünki orada da qaz və neft ehtiyatları mövcuddur. Düşünürəm ki, onlar bu sahələrin auditini aparırlar. Bizdə də vəziyyət eynidir. Bu sahədə təcrübə və iqlim dəyişikliyi mövzusunda fikir mübadiləsi apara bilərik”.

“İlin müxtəlif vaxtlarında audit sahəsində təcrübə mübadiləsi, bəzən təlim kursları və seminarlar keçirilir. Bu yolla biz hər iki tərəfin maraq göstərdiyi mövzuları seçirik”, – deyə O. Alfaris əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti