...

TəhsilPlus kartının 450 min nəfəri əhatə etməsi planlaşdırılır - Elnur Nəsibov

Cəmiyyət Materials 18 İyul 2025 15:23 (UTC +04:00)
TəhsilPlus kartının 450 min nəfəri əhatə etməsi planlaşdırılır - Elnur Nəsibov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TəhsilPlus kartının 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən TəhsilPlus kartının təqdimat mərasimində çıxış edərkən deyib.

O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, TələbəPlus kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb.

Sədr, həmçinin, Fondun yeni təşəbbüsü olan TəhsilPlus kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb.

"Çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti