Bakı.Trend:
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.
İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır