...

Aİ Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiqləyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 18 İyul 2025 12:04 (UTC +04:00)
Aİ Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiqləyib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Ittifaqı Şurası Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Danimarkadan olan daimi nümayəndəliyi “X” səhifəsində məlumat bölüşüb.

xxx

11:38

Rusiyaya qarşı Avropa İttifaqının yeni – sayca 18-ci sanksiyalar paketinə 50-dən çox fiziki şəxs və Rusiya şirkəti daxil edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Paket fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya nefti daşıyan tankerlərə qarşı məhdudiyyətləri, bir sıra banklara qarşı sanksiyaları, həmçinin ikiqat təyinatlı mallar və texnologiyalara yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.

Bu arada Reuters-in verdiyi məlumata görə, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi Rusiya neftinə tətbiq olunan qiymət tavanının təxminən 47,6 dollar/barrel səviyyəsinədək endirilməsini nəzərdə tutur.

xxx

11:04

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıb.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Təsdiqlənmə prosesinin yaxın saatlarda başa çatacağı və sanksiyaların rəsmi şəkildə qüvvəyə minəcəyi gözlənilir.

Pakətə neft daşıyan Rusiya gəmilərinə qarşı məhdudiyyətlər, bir sıra banklara qarşı tədbirlər, fiziki və hüquqi şəxsləri əhatə edən “qara siyahı”nın genişləndirilməsi, həmçinin ikiqat təyinatlı malların və texnologiyaların ixracına qadağa daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti