...

Təhsilin İnkişafı Fonunun saytında “İanə et” bölməsi aktivləşdirilib

Cəmiyyət Materials 18 İyul 2025 15:30 (UTC +04:00)
Təhsilin İnkişafı Fonunun saytında “İanə et” bölməsi aktivləşdirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilin İnkişafı Fondu (TİF) www.tif.edu.az saytında “İanə et” bölməsi aktivləşdirilib.

Trend xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov TİF, Kapital Bank və “Mastercard”ın birgə təşəbbüsü ilə reallaşdırılan “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.

Elnur Nəsibov qeyd edib ki, artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə verə bilər:

"İanələr Təhsilin İnkişafı Fonduna, “Gənc qızların təhsilinə dəstək” layihəsinə və Qarabağ Təqaüd Proqramına toplanacaq.

Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək TİF-ə dəstək göstərə bilərlər. Eyni zamanda, ianə verənlərə xüsusi “İanə Sertifikatı” təqdim olunacaq”.

Xəbər lenti

Xəbər lenti