...

BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 18 İyul 2025 18:53 (UTC +04:00)
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimdə 21 QHT nümayəndəsi iştirak edib.

BMT və onun qurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan, sahə üzrə beynəlxalq ekspert, təlimçi Nik Nvolisa ilk təlimdə “ECOSOC və onun iş prinsipləri” mövzusunda çıxış edib. O, ECOSOC-dakı təmsilçilik şanslarından, QHT-lərin fəaliyyət imkanlarından və məşvərətçi statusun növlərindən danışıb.

Ardınca təlim sual-cavab sessiyası ilə davam edib. Təlimlər yekunlaşdıqdan sonra fərqlənən iştirakçılara sertifikatlar təqdim olunacaq və aktivliyi ilə seçilən təşkilatların ECOSOC-da üzvlük qazanmalarına dəstək göstəriləcək.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan 6 dərslik ilk təlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən keçirilib.

Xəbər lenti

Xəbər lenti