Bakı. Trend:
Cənubi Koreya hökuməti son günlər ölkə ərazisində müşahidə olunan güclü leysan yağışların fəsadlarının aradan qaldırılması üçün bütün mövcud rersurslarını səfərbər edib.
Trend xəbər verir ki, belə bir bəyanatla Cənubi Koreyanın lideri Li Çje Myön Fövqəladə Halların Qarşısının Alınması üzrə Mərkəzi Qərargaha baş çəkən zaman çıxış edib.
"Hökumət qurumları və agentlikləri daşqınların törədə biləcəyi ziyanın minimuma endirilməsi üçün bütün mövcud resurs və imkanları səfərbər etməlidirlər", - prezident vurğulayıb.
O, həmçinin təbii fəlakətin fəsadlarının qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi barədə göstəriş verib.
Koreya Respublikasında leysan yağışları nəticəsində dörd nəfər həyatını itirib, 5 mindən çox insan təxliyə edilib. Ölkədə təbii fəlakətlərlə bağlı ən yüksək təhlükə səviyyəsi elan olunub.