Bakı. Trend:
2025-ci ildə “Formula 1” yarışlarında nəqliyyat koridorlardan istifadə səviyyəsinin daha 30 % artacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” Azərbaycan Qran-Prisi 2025-in paddok ərazisinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, 2023-cü ildən etibarən yenilik tətbiq olunub – yarış həftəsində əsas yollar müəyyən saatlarda qismən açıq qalır.
“2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə çatdırılıb. Bu koridorlardan istifadə edən sürücülərin sayı ötən illə müqayisədə 30% artıb”, - deyə BŞH rəsmisi əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.