Bakı. Trend:
Bakı Fond Birjası 2030-2032-ci illərdə regional quruma çevrilə bilər.
Trend xəbər verir ki, bu sözləri Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, 2030-cu il və sonrasını əhatə edən mərhələlərdə bu istiqamətdə irəliləmək mümkündür:
"Amma hər şeydən əvvəl, birinci strateji dövr üçün, Azərbaycanda bazarın fundamental əsasları formalaşdırılmalıdır. Biz artıq bu strateji mərhələləri dərk etmişik və onları idarə etməyi bacarmalıyıq".
"Regional birjaya çevrilmək deyəndə Qafqaz bölgəsi və qismən Asiyaya yaxın əraziləri nəzərdə tuturuq.
Bütün Mərkəzi Asiyanı demək olmaz, çünki bu bölgə hələ uzaq perspektivdədir və daha çox zaman tələb edir. Burada böyük potensiala malik birjalar fəaliyyət göstərir. Bu mərhələyə çatmaq üçün uzunmüddətli strategiyalardan istifadə etmək lazımdır", - sədr əlavə edib.