...

Birinci yarımildə Naxçıvanda üç minə yaxın Asan İmza sertifikatı verilib

İqtisadiyyat Materials 18 İyul 2025 11:20 (UTC +04:00)
Birinci yarımildə Naxçıvanda üç minə yaxın Asan İmza sertifikatı verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 1 654 müraciət üzrə 2 min 907 Asan İmza sertifikatı verilib.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Bununla yanaşı, hesabat dövründə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22 min 364 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 29 min 914 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Ümumi xidmətlərin 92 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asanİmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-iyun aylarında vergi ödəyicilərinə 660 min 523 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 60 görüş keçirilib, 248 sayda ünvanlı xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti