...

Sahilboyu ərazilərdə ekoloji sabitliyi pozan 23 nəfər barəsində tədbir görülüb

Hadisə Materials 18 İyul 2025 13:13 (UTC +04:00)
Sahilboyu ərazilərdə ekoloji sabitliyi pozan 23 nəfər barəsində tədbir görülüb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin pozulması səbəbilə 23 nəfər barəsində tədbir görülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, respublikanın Xızı, Siyəzən, Xaçmaz və Lənkəran rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, qadağan olunmuş yerlərdə siqaret çəkilməsi, özbaşına tikinti işləri aparılması, meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsi halları müəyyən edilib.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdığına görə 11, qadağan olunmuş yerlərdə siqaret çəkdiyinə görə 4, tullantı təyinatlı suları kənar yerə axıtdığına görə 6, özbaşına tikinti işləri apardığına, ağac və kolları zədələdiyinə görə isə 2 nəfər olmaqla ümumilikdə 23 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti