...

Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən çıxarılır

Dünya xəbərləri Materials 18 İyul 2025 11:55 (UTC +04:00)
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən çıxarılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələrinin razılaşdırdığı Rusiyaya qarşı sayca 18-ci sanskiyalar paketində Rusiyanın 20-dən çox bankının SWIFT beynəlxalq hesablaşma sistemindən çıxarılması və maliyyə əməliyyatlarına qadağanın qoyulması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilir ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) - beynəlxalq banklararası maliyyə məlumatlarının təhlükəsiz və standartlaşdırılmış şəkildə ötürülməsi üçün istifadə olunan qlobal mesajlaşma sistemidir.

1973-cü ildə yaradılmış bu sistem dünya üzrə 200-dən çox ölkədə minlərlə maliyyə qurumunu birləşdirir və əsasən ödəniş əməliyyatlarının həyata keçirilməsində istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti