...

Təhsil sahəsinə göstərilən dəstək Kapital Bank-ın əsas prioritetlərindən biridir - Fərid Hidayətzadə

Cəmiyyət Materials 18 İyul 2025 15:34 (UTC +04:00)
Təhsil sahəsinə göstərilən dəstək Kapital Bank-ın əsas prioritetlərindən biridir - Fərid Hidayətzadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir.

Trend xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən TəhsilPlus kartının təqdimat mərasimində çıxış edərkən deyib.

Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

O qeyd edib ki, Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir.

"Artıq 200 minə yaxın tələbə bu imkanlardan faydalanıb bildirib", - deyə o əlavə edib.

Fərid Hidayətzadə TəhsilPlus kartının daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti