Bakı. Trend:
Ötən ilin nəticələrinə görə, Bakı Fond Birjası həm istiqraz bazarı üzrə qarşıya qoyulan, həm də səhm bazarı üzrə qarşıya qoyulan hədəflərə kifayət qədər yaxınlaşıb və bir çoxuna nail olub.
Trend xəbər verir ki, bu sözləri Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, verilən proqnozların bəzisi özünü tam doğrultmayıb:
"Ümumiyyətlə, Bakı Fond Birjası, rəhbərlik və ya komanda özündən asılı olmayan şeyləri hədəf götürə bilməz. Bunlar sadəcə niyyət və proqnozlardır.
Ehtimal edilir ki, bütün proseslər qaydasında getsə, müəyyən rəqəmlər əldə oluna bilər. Qarşıya proqnoz olaraq qoyulan rəqəmlərin bir çoxuna, demək olar ki, nail olunub. Lakin bəzi proqnozlar üzrə kiçik axsamalar olub, gözləntilər özünü tam doğrultmayıb".