...

Ərdoğan Putinlə regional məsələləri müzakirə etdi

Dünya xəbərləri Materials 18 İyul 2025 19:25 (UTC +04:00)
Ərdoğan Putinlə regional məsələləri müzakirə etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Suriyada baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını qeyd edərək Türkiyənin Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsini, eləcə də bu ölkənin tezliklə dirçəlməsini hədəflədiyini vurğulayıb.

Prezident Ərdoğan, həmçinin, bildirib ki, Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqların başlanması mühüm əhəmiyyət daşıyır və uyğun tarixlər müəyyənləşdirildiyi təqdirdə Türkiyə bu danışıqlara İstanbulda ev sahibliyi etməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti