...

“Formula 1” yarışları üçün neçə tribuna və oturacaqlar quraşdırılacaq?

İdman Materials 18 İyul 2025 13:03 (UTC +04:00)
“Formula 1” yarışları üçün neçə tribuna və oturacaqlar quraşdırılacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Formula 1” üçün nəzərdə tutulan tribunaların 5-i tamamilə satılıb. Tələbatı nəzərə alaraq daha 2 yeni tribuna bu il quraşdırılacaq. Ötən illə müqayisədə toplam 18 min nəfərlik tamaşaçı tribunaları bu il 20 min nəfərə çatdırılıb.

Trend xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” Azərbaycan Qran-Prisi 2025-in paddok ərazisinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

S.Manafzadə xatırladıb ki, ötən il 77 % tamaşaçı Bakıya xarici ölkələrdən gəlib.

“Turistlərin qalma müddəti 5 gecə təşkil edib. Bu il 20 mindən çox oturacağın quraşdırılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti