Bakı. Trend:
Hindistan ümumi neft və qaz idxal mənbələrini əhəmiyyətli dərəcədə genişləndirib.
Trend xəbər verir ki, bu barədə Hindistanın neft və qaz naziri Hardip Sinqh Puri Yeni Dehlidə keçirilən enerji konfransında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Hindistan hazırda xam neft idxalını 27 ölkədən deyil, artıq 40 ölkədən həyata keçirir:
“Belə şaxələndirmə qlobal turbulentlik dövründə enerji resurslarına fasiləsiz çıxışı təmin etmək üçün əsas tədbirdir”, – deyə o qeyd edib.
Qeyd edək ki, Hindistan dünya üzrə neftin ən böyük istehlakçılarından biridir və neftə tələbatının 85 faizindən çoxunu idxal hesabına qarşılayır. Ölkənin neft emalı zavodları isə hazırda üçdən çox ölkədən xammal tədarük edir.