...

Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalar 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 18 İyul 2025 17:04 (UTC +04:00)
Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalar 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 1,5 milyard ABŞ dolları dəyərində 3,5 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 21,3 milyon ABŞ dolları və ya 1,4%, həcm ifadəsində isə 130,4 min ton və ya 3,8% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 414,3 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 12,8 milyon ABŞ dolları və ya 3% azalma, həcm ifadəsində isə 7,2 milyon ton və ya 0,5% artım deməkdir.

Eyni zamanda, dövr ərzində dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycana 1,1 milyard ABŞ dolları dəyərində 2,2 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 34,1 milyon ABŞ dolları və ya 3,2%, həcm baxımıdan isə 123,2 min ton və ya 5,9% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti