Bakı. Trend:
Madrid yaxınlığında baş verən nəzarətsiz meşə yanğını İspaniya paytaxtının üzərinə qatı tüstü kütləsi yayaraq ərazidə təhlükəli vəziyyət yaradıb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, yanğın İspaniyanın Kastiliya-La-Mança bölgəsində, paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Mentrida qəsəbəsində başlayıb.
Yerli hakimiyyət orqanları sakinləri evdə qalmağa və pəncərələri bağlamağa çağırıb.
İspaniya rəsmilərinin məlumatına görə, axşam saatlarına qədər yanğın təxminən 3,000 hektar ərazini əhatə edib.
Yerli rəsmilərin verdiyi məlumata əsasən, yanğına müdaxilə üçün 95-dən çox yanğınsöndürən cəlb olunub.