...

Avstriyadakı soydaşlarımızdan “Qarabağ”a dəstək (FOTO)

Cəmiyyət Materials 18 İyul 2025 16:08 (UTC +04:00)
Avstriyadakı soydaşlarımızdan “Qarabağ”a dəstək (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamın “Qarabağ” Futbol Klubunun əsas heyəti Avstriyada təlim-məşq toplanışı çərçivəsində bir sıra yoldaşlıq görüşləri keçirib. Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən komanda Ukraynanın “Metalist Xarkov”, Niderlandın “Tvente” və Avstriyanın “Red Bull Salzburg” klubları ilə qarşılaşıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Avstriyada yaşayan soydaşlarımız, o cümlədən Avstriya Azərbaycanlıları Cəmiyyəti və digər diaspor təşkilatlarının üzvləri təlim-məşq toplanışı, eləcə də oyunlar zamanı “Qarabağ”ı tək buraxmayıb. Stadion tribunalarında dalğalanan Azərbaycan bayraqları, səsləndirilən şüarlar həm “Qarabağ”ın oyunçuları, həm də yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu mənzərə Azərbaycan diasporunun milli həmrəyliyini, vətənə bağlılığını bir daha nümayiş etdirib.

Soydaşlarımız “Qarabağ” komandasının əzəli və əbədi torpaqlarımızın simvollarından birinə çevrildiyini və adını layiqli şəkildə daşıdığını bildiriblər.

Komandanın baş məşqçisi Qurban Qurbanov göstərilən diqqət və dəstəyə görə Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına, xüsusilə Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Zalsburq Azərbaycan Evinə təşəkkür edib. “Qarabağ”ın bütün üzvlərinin imzaladığı rəsmi formalar adıçəkilən təşkilatlara hədiyyə olunub.

Xəbər lenti

Xəbər lenti