Bakı. Trend:
"İnter" "Atalanta"nın hücumçusu Ademola Lukman üçün ilk rəsmi transfer təklifini göndərib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Milan təmsilçisi nigeriyalı futbolçu üçün 40 milyon avro təklif etsə də, "Atalanta" bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Ademola Lukman ötən mövsüm "Atalanta"nın heyətində bütün turnirlər üzrə 40 oyuna çıxaraq 20 qol vurub və 7 qolun ötürməsini edib.