Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının “Royal Caribbean Navigator of the Seas” elit kruiz gəmisinin 134 sərnişini və 11 ekipaj üzvü ABŞ-dən Meksikaya və Meksikadan geri üzən zaman şübhəli bir virusa yoluxublar.
Bu barədə Trend “Metro” nəşrinə istinadən xəbər verir.
Nəhəng səyahət gəmisi iyulun 4-də Los-Ancelesdən çıxıb və 8 iyulda Meksikanın Puerta-Valyerte limanında yan alıb, 3 gün sonra isə ilk çıxdığı məntəqəyə qayıdıb. Laynerin göyərtəsində ümumilikdə 5 mindən çox insan olub.
Zərərçəkənlərin hər birində eyni simptomlar müşahidə olunub – ürəkbulanma, qaytarma, ishal və qarın sancıları. İlkin olaraq kütləvi xəstəliyə norovirusun səbəb olduğu güman edilir. Yoluxmanın mənbəyi hələlik müəyyən edilməyib.
İnsidentdən sonra laynerdə dezinfeksiya işləri aparılıb.