...

Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib

Siyasət Materials 18 İyul 2025 18:14 (UTC +04:00)
Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 18-də Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti