...

Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 18 İyul 2025 21:57 (UTC +04:00)
Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, hadisə rayonun Mahamalar kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti