...

Dövlət sərhədini pozan Banqladeş vətəndaşı həbs edilib

Hadisə Materials 19 İyul 2025 09:50 (UTC +04:00)
Dövlət sərhədini pozan Banqladeş vətəndaşı həbs edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan sərhədindən qanunsuz şəkildə keçməyə çalışan Banqladeş vətəndaşının işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, Banqladeş vətəndaşı dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisindən keçməyə çalışıb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, 19 aprel 2025-ci il tarixdə “Dubay-Bakı” aviareysi ilə qanunsuz yolla Gürcüstana, oradan isə işləmək üçün Avropa ölkələrinə getmək üçün Azərbaycan Respublikasına gəlib.

Bakı şəhərində bir neçə gün qaldıqdan sonra Gürcüstana getmək üçün tanımadığı taksi sürücüsünə yaxınlaşaraq, onu Qazax rayonunun Şıxlı kəndinə aparmasını xahiş edib. Bunun müqabilində taksi sürücüsünə 150 manat verib. Daha sonra taksi sürücüsü onu danışdıqları yerə aparıb və o, avtomobildən düşüb Gürcüstan istiqamətində hərəkət etməyə başlayıb. O, Gürcüstan istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və hərbi hissəyə aparılıb.

Qazax rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəza çəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti