...

Özbəkistanda İŞİD-ə bağlı qruplaşma ifşa olunub

Dünya xəbərləri Materials 19 İyul 2025 10:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda Dövlət Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının tərkibinə daxil olan “Vilayət Xorasan” qruplaşmasının fəaliyyətini ifşa edib.

Trend xəbər verir ki, bu barədə Özbəkistan DTX-nin mətbuat xidməti məlumat yayıb.

Namanqan şəhərində keçirilən operativ əməliyyatlar çərivəsində qruplaşmaya üzv olmaqda şübhəli bilinən 16 nəfərin yaşadıqları yerlərdə axtarışlar aparılıb.

Maddi dəlil olaraq 37 mobil telefon, 51 dini ənəbiyyat nüsxəsi, 40 DVD disk, 4 USB yaddaş kartı, eləcə də, noutbuk və tablet müsadirə olunub

Qurumun məlumatına görə, hücrənin təşkilatçısı “Telegram” messencerində ümumilikdə 120-dən çox iştirakçısı olan virtual kanallar və qruplar yaradıb. Həmin qruplarda ekstremist materiallar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti