...

Azad olunmuş ərazilərdə hərrac yolu istifadəyə verilən yataqların sayı açıqlandı

İqtisadiyyat Materials 19 İyul 2025 09:24 (UTC +04:00)
Azad olunmuş ərazilərdə hərrac yolu istifadəyə verilən yataqların sayı açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunmuş ərazilərdə hərrac yolu ilə istifadəyə verilən yataqların sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına əsasən, Hərracların Təşkili Mərkəzi tərəfindən azad olunmuş ərazilərdə indiyə qədər 6 faydalı qazıntı yatağı hərrac yolu ilə verilib.

15 dekabr 2023-cü il tarixində Füzuli rayonunda yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağı, 12 iyun 2024-cü il tarixində Qubadlı rayonunda yerləşən “Hacılı” və Laçın rayonunda yerləşən “Əhmədli” mişar daşı yataqları, 12 sentyabr 2024-cü il tarixində Xocalı rayonunda yerləşən “Yemişcan” üzlük daşı yatağı, 19 dekabr 2024-cü il tarixində Xocalı rayonunda yerləşən “Ağçay” üzlük daşı yatağı və 19 fevral 2025-ci il tarixində Xocalı rayonunda yerləşən “Xocalı” gil yatağı hərrac yolu ilə istifadəyə verilib", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti