...

Xocalı qəbiristanlığında aparılan tədqiqatlarda vandalizm aktları aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 19 İyul 2025 12:17 (UTC +04:00)
Xocalı qəbiristanlığında aparılan tədqiqatlarda vandalizm aktları aşkarlanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Erməni işğalçıları tərəfindən dağıdılan abidələrdə aparılan tədqiqatların nəticələri illüstrasiyaların da olduğu hesabatlar şəklində sənədləşdirilir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

O bildirib ki, təkcə İmarət kompleksində aparılan tədqiqatların hesabat mətni 200 səhifədir, illüstrasiyalarla birgə 600 səhifə həcminə çatır.

“Hazırda İmarət Kompleksinin tarixinin əsaslı öyrənilməsi planlaşdırılır. Həmçinin, Xocalı qəbiristanlığında aparılan ilkin tədqiqatlarda işğalçılar tərəfindən törədilmiş vandalizm aktları qeyd edilib. Arxeoloqlarımız apardıqları tədqiqatlarda işğalçıların törətdiyi vandalizm faktları ilə üzləşdikdə onları qeyd edirlər”, - deyə F.Quliyev qeyd edib.

İmarət Kompleksindən fotolar:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti