Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında hərbi toqquşamların bərpası ehtimalı aşağıdır.
Trend xəbər verir ki, bu barədə “Fitch Ratings” reytinq agentliyinin hesabatında deyilir.
Agentlik sənəddə xatırladır ki, 2025-cilin mart ayında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırılmasını son çatdırıblar, “bununla belə onun məzmunu və yekun müqavilənin imzalanma tarixi qeyri-müəyyən olaraq qalmaqdadır”
“Fitch”in fikrincə, hazırda hərbi münaqişəyə qayıdış ehtimalı olduqca azdır.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.