...

Türkiyədə narkotik vasitələrə qarşı əməliyyatlar: 1933 nəfər həbs olunub

Dünya xəbərləri Materials 19 İyul 2025 09:31 (UTC +04:00)
Türkiyədə narkotik vasitələrə qarşı əməliyyatlar: 1933 nəfər həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 72 vilayətində narkotik vasitələrə qarşı mübarizə çərçivəsində 2 həftə ərzində yüzlərlə şübhəli saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Ali Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat yayıb.

Yerlikaya bildirib ki, Bursa, Adana, Qaziantep, İzmir, İstanbul və Ankara da daxil olmaqla, ümumilikdə 72 vilayətdə keçirilən əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.

Axtarışlar nəticəsində 927 kiloqram narkotik vasitə və 1 milyon 296 min ədəd narkotik tərkibli həb müsadirə edilib.

Nazir qeyd edib ki, əməliyyatlara 3720 qrup, 6130 əməkdaş, 21 təyyarə və helikopter və 62 təlim keçmiş it cəlb olunub və bu tədbirlər böyük diqqət və dəqiqliklə icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti