...

"Roma" 21 yaşlı futbolçunu 25 milyon avroya istəyir

İdman Materials 19 İyul 2025 01:56 (UTC +04:00)
"Roma" 21 yaşlı futbolçunu 25 milyon avroya istəyir

Bakı. Trend:

Uesli Fransa “Roma”ya keçməyə yaxındır.

Trend xəbər verir ki, Roma klubu “Flamenqo”ya təxminən 25 milyon avro məbləğində təklif göndərib. Sankt-Peterburq təmsilçisi “Zenit” də 21 yaşlı sağ cinah müdafiəçisinə görə bu qədər ödəməyə hazır idi. Xatırladaq ki, iyun ayında braziliyalılar “Zenit”in təklifini rədd etmiş və 30 milyon avro tələb etmişdi.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Roma klubu 25 milyon avro və əlavə bonusları nəzərdə tutan təklif göndərib və razılıq əldə olunmuş hesab olunur.

Qeyd olunur ki, Ueslinin özü yalnız “Roma”ya keçmək istəyir.

Bununla belə, “Flamenqo” futbolçunu yalnız ona əvəzləyici tapdıqdan sonra satacaq.

Xəbər lenti

Xəbər lenti