...

İranın “Snapback” mexanizmi qarşılığında ata biləcəyi addımlar açıqlanıb

Dünya xəbərləri Materials 19 İyul 2025 12:03 (UTC +04:00)
İranın “Snapback” mexanizmi qarşılığında ata biləcəyi addımlar açıqlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələrini bərpa edəcək “Snapback” mexanizmi qüvvəyə mindiyi halda İranın adekvat tədbirlər görmək imkanı var.

Trend-in məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa ölkələri ABŞ-nin Hərtərəfli Birgə Fəaliyyət Planını tərk etməsindən sonra müstəqil şəkildə praktiki olaraq heç bir iradə nümayiş etdirməyiblər. ABŞ-nin sözügedən sazişi tərk etməsindən sonra Avropa tərəflərinin təklif etdiyi “İNSTEX” maliyyə mexanizminin uğur qazanmaması da buna əyani sübutdur.

“Təcrübə göstərir ki, Avropa tərəfi ilə müzakirə aparmağın o qədər də faydası yoxdur və praktiki olaraq Avropa tərəfləri ABŞ-nin İran əleyhinə sanksiyalarına tam şəkildə riayət edirlər”, - deyə o qeyd edib.

Rzayi qeyd edib ki, “Snapback” mexanizmi tətbiq olunsa belə, İrana sanksiyaların vəziyyətində ciddi dəyişiklik yaranmayacaq. Çünki hazırda ölkə ən ağır beynəlxalq sanksiyalar şəraitindədir.

“İran indiyədək əlavə protokolun könüllü şəkildə yerinə yetirilməsini dayandırıb. Rəsmi Tehran hələ də Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür. Lakin təzyiqlər davam etdiyi halda, bu sazişi tərk etmək, uranı 60%-dən yuxarı səviyyədə zənginləşdirmək, müasir sentrifuqaları istehsal və ixrac etmək və nüvə sahəsində daha geniş əməkdaşlığa daxil olmağı diqqət mərkəzində saxlaya bilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.

Xəbər lenti

Xəbər lenti