...

Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər

Dünya xəbərləri Materials 19 İyul 2025 07:07 (UTC +04:00)
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

Trend xəbər verir ki, telefon söhbətində Suriyanın cənubundakı mövcud vəziyyət müzakirə olunub. Hakan Fidan bölgədə münaqişənin tezliklə dayandırılmasının və sabitliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin bu məqsədlə əldə edilən razılaşmaların icrasının vacibliyini qeyd edib.

Nazir bildirib ki, Suriyanın ərazi bütövlüyünə, birliyinə və suverenliyinə yönəlmiş istənilən hücum bölgədə sülhün bərqərar olunmasına maneə yaradır.

O, eyni zamanda, terror qruplaşmalarının Suriyanın cənubundakı vəziyyətdən istifadə etməsinə yol verilməyəcəyini qeyd edib.

Söhbət zamanı Qəzza zolağındakı vəziyyət və atəşkəslə bağlı aparılan danışıqlarda əldə olunan irəliləyişlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti