...

İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 19 İyul 2025 03:18 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd Əl Şaraa Vaşinqtonun dəstəyi ilə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak sosial şəbəkə “X”də yazıb.

“İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın prezidenti Əhməd Əl Şaraa ABŞ-ın dövlət katibi Marko Rubio-nun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu razılaşmanı Türkiyə, İordaniya və digər qonşu ölkələr də dəstəkləyib”, – T. Barrak qeyd edib.

Xəbər lenti

Xəbər lenti