...

Latviya latış dilini öyrənməyən rusiyalıları kütləvi deportasiya edəcək

Dünya xəbərləri Materials 19 İyul 2025 09:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviya hakimiyyəti 841 Rusiya vətəndaşının ölkəni tərk etməsini tələb edib.

Trend LETA agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin Avropa İttifaqında yeni daimi sakin statusuna müraciət etməmələridir.

Onların Latviya ərazisində yaşamaq icazəsi müddəti bitib, icazənin yenilənməsi üçün isə ərizə təqdim etməyiblər.

Qeyd edək ki, 20 iyun 2024-cü ildə Latviyada qüvvəyə minmiş Miqrasiya haqqında qanuna əsasən, yaşayış icazələri ilə bağlı qaydalar sərtləşdirilib.

Yeni qaydalara əsasən, Latviya ərazisində daimi yaşayan Rusiya vətəndaşları yeni daimi yaşayış statusu üçün müraciət etməli idilər. Müraciətdə onlardan təkcə müvafiq sənədlər tələb olunmur, onlar həm də latış dili üzrə imtahandan keçməli olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti