Bakı. Trend:
Ermənistanda ölkə parlamentinin sabiq deputatı, müxalifətyönlü siyasətçi Ruben Akopyan həbs olunub. Ona qarşı ölkədə "hakimiyyətin devrilməsinə açıq çağırışlar" ittihamı irəli sürülüb.
Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.
İyulun 19-da İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl Akopyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumat yayılmışdı. İstintaqa əsasən, ona qarşı “hakimiyyətin devrilməsinə açıq çağırışlar" ittihamının irəli sürülməsinə əsas iyulun 1-də dərc edilmiş müsahibəsi olub.