...

Bakıda 5000 ədəddən artıq pirotexniki vasitə satan şəxs müəyyən edilib

Cəmiyyət Materials 30 Dekabr 2024 15:00 (UTC +04:00)
Bakıda 5000 ədəddən artıq pirotexniki vasitə satan şəxs müəyyən edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti