...

Dekabrın 31-də yağıntılı hava şəraiti və duman müşahidə olunur

Cəmiyyət Materials 31 Dekabr 2024 11:01 (UTC +04:00)
Dekabrın 31-də yağıntılı hava şəraiti və duman müşahidə olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 31-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Trend xəbər verir ki, əsasən Lənkəran-Astara zonasında intensiv xarakterli yağıntılar qeydə alınıb.

Düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı və Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada isə 4 mm-ə qədər olub. Bakıda və Abşeron yarımadasında yağıntı 1 mm təşkil edib.

Qar hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda isə 1 sm olub.

Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay və Lerikdə duman müşahidə edilib. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°C, Aran rayonlarında 6°C, Naxçıvan MR-da 1°C şaxtadan 3°C-yə qədər isti, dağlıq rayonlarda 8°C, yüksək dağlıq rayonlarda isə 16°C şaxta qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti