Bakı. Trend:
Edinburqda şotlandların ənənəvi Hoqmaney Yeni il bayramı üçün təşkil olunan küçə şənlikləri qasırğa xəbərdarlığı səbəbilə ləğv edilib.
Trend BBC-yə istinadən xəbər verir ki, Londonda da Yeni il atəşfəşanlığı güclü külək səbəbindən (sürəti 18 m/s-dən çox) ləğv edilə bilər.
Böyük Britaniyanın meteorologiya xidməti güclü külək, yağış və qarla bağlı xəbərdarlığın yanvarın 2-dək qüvvədə olacağını bildirib. Şotlandiyada küləyin ən yüksək həddinə çatacağı, dekabrın 31-də isə hava şəraitinin xüsusilə sərt olacağı gözlənilir. Xəbərdarlıq İngiltərənin şimalının geniş ərazilərinə və Uelsin bir hissəsinə də şamil olunur.