Bakı. Trend:
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
Trend-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMA AS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd "EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1" hava nəqliyyat vasitəsidir.
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə,
"EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155
B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,
"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara
təklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak
Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci
mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20